ABŞ dövlət katibi Antoni Blinken deyib ki, potensial nüvə müharibəsi təhlükəsi iqlim dəyişikliyi problemindən daha təhlükəli deyil və bu məsələlərdə iyerarxiya yoxdur.
“Mənə elə gəlir ki, hansısa iyerarxiyadan danışmaq mümkün deyil. Potensial münaqişə də daxil olmaqla, vacib və qabaqcıl məsələlər var. Lakin şübhəsiz ki, iqlim dəyişikliyi hamımız üçün ekzistensial problem yaradır”, – Blinken bəyan edib.
Onun sözlərinə görə, qlobal istiləşmə dövrümüzün ekzistensial çağırışıdır, lakin bu, beynəlxalq nizam üçün başqa kəskin çağırışların olmaması demək deyil.
Mənbə: gazeta.ru