Blinken İsrail Prezidenti ilə girovların azad olunmasını müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Münxendə İsrail Prezidenti İsxak Hersoqla görüşüb.

xəbər verir ki, bu barədə Blinken X hesabında bildirib.

“Girovların sərbəst buraxılması və humanitar fasilənin uzadılması səyləri haqqında danışdıq. Mən regionda həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizliyi təmini üçün sülhün əldə edilməsinin vacibliyini vurğuladım”, – deyə vurğulanıb.

Share: