Bitdi… – Elçin Mirzəbəyli yazdı

200 ildir torpaqlarımıza yadlar tərəfindən gətirilmiş yabanı, soyu olmayan “alaq otları”nın yoluxucu “kökləri”ni qəhrəman igidlərimiz qazıdı.

1918-ci ilin 20 sentyabrında Ağcaqum çölündə erməni iddiaları kimi cəhənnəmə vasil edilmiş, yaxud izi azdırılmış Şaumyanın torpağımıza pərçimlənən urvatsız adı da layiq olduğu yerə “göndərildi”. İndi Stepanın “kerti” yoxdu, XANIN KƏNDİ var! Tarixi ədalət müzəffər Ali Baş Komandanın və rəhbərlik etdiyi ordunun azsaylı bir hissəsinin növbəti müzəffər yürüşü nəticəsində bərpa olundu. AzərbayCAN ruhuna, Xan kəndinə qovuşdu!
Torpaqlarımızın işğal altında oldğu 30 ilə yaxın zaman kəsiyində dünyada misli-bərabəri olmayan haqsızlıqlarla, ölçüyə gəlməyən ədalətsizliklərlə, dost kimi görünmək istəyənlərin “Anait” məbədinin “klassik” sakinlərindən daha betər iyrənclikləri ilə qarşılaşmışdıq. Simasızlığın, ləyaqətsizliyin, çoxüzlülüyün, çeşidli, bu yazıda adıyla çağıra bilmədiyim əxlaqsızlıqların “dibini” gördüyümüzü zənn edirdik. Amma sən demə betərin betəri də var imiş… Cəmi 3 il bizim ölçü vahidimizin “qırmızı xətt”inə sığmayan bütün naiqslikləri görmək üçün bəs etdi…
Cəmi 3 il ərzində “Aslanın quyruğu”, “çaqqalın çənəsi”, “tülkünün babası”, “dovşanın nənəsi”… və başına-gözünə, dalına-qabağına döyən geosiyasi zoofillərin daha neçə-neçə zooatmacalarını eşitməli olduq.
Bir dağ şəkili ola bilər
Amma biz qırmızı xətlərimizi qızıl qanımızla çəkdik Vətən torpaqının hər qarışına…
İndi təkcə Qarabağ deyil, bütün Azərbaycan, Bütöv Azərbaycan ZƏFƏR qoxuyur!
Ana südü kimi halal toraqlarımızda “kim qardaşyan”ın arxasından seçilməyən davranışlarıyla terrorçulara, müharibə canilərinə “arxa” olanların qızıl-qırmızı hikkəsi Azərbaycan dövlətinin ağlı, gücü və iradəsi qarşısında yerlə bir oldu. Torpağımıza, sərvətimizə çökənlər dizə çökdürüldülər. Uzun illər boyu günümüzü “göy əskiyə” bükənlərin əski parçası ağ bayraqla əvəzləndi. Bu onların gerçək bayraqlarıdır və əbədiyyətədək başlarının üzərində “dalğalanacağını” unutmasınlar! Çünki BİZ unutmayacağıq!
Biz, məlum atalar sözündə ömrünün 40 gün çəkdiyi deyilən oğurluğun və daha nələrin “gün işığına” çıxması üçün 30 il gözlədik, amma 40 və 4 günə bitirdik bu “məsəl”in məsələsini… Tör-töküntülərini isə 23 saat 45 dəqiqəyə ağ bayrağa “bürüdük”.
Bundan sonra ağ bayraq da olmayacaq. Daha doğrusu, “ağ” olacaq, bayraq yox…
Share: