Binəqədi rayonunda Anım Günü keçirildi — Fotolar

26-27 sentyabr 2022-ci il tarixlərində Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Fəxri xiyaban, Binəqədi, Xocəsən və Biləcəri qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin xiyaban Kompleksləri ziyarət edilib.

“Qafqazinfo” xəbər verir ki, ziyarətdə şəhid ailələri, qazilər, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri- Madər Musayev, Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

Ziyarət zamanı Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev torpaqlarımız uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağndan, şəhid ailələrinə, qazilərimizə böyük ehtiramımızdan söhbət açıb.

“Vətən müharibəsində qazanılan qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi” , – deyə Rayon İcra Hakimiyyəti başçısı çıxışında qeyd edib.


Share: