Biləsuvardakı qəzada iki nəfər ölüb — Yenilənib

Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

TƏBİB Biləsuvar rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, qəzada müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə

tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib.

Artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 2 nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. 

Hər birinin vəziyyəti stabildir.

Qeyd edək ki, qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.


Share: