ABŞ Prezidenti Co Bayden Erik Vudhausun Milli Sanksiyalar Siyasəti Koordinatoru vəzifəsinə namizədliyini irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Vudhaus səfir statusunda sanksiyaların əlaqələndirilməsi şöbəsinin müdiri vəzifəsinə namizəddir.
O, hazırda Dövlət Katibinin Məhdudiyyətlər və Təhdidlərə cavab tədbirlərinin maliyyələşdirilməsi üzrə köməkçisinin müavinidir. Bundan əvvəl o, ABŞ maliyyə nazirinin müavininin müşaviri olub.