Bayden G20 sammitinə səfərini ləğv etməyəcək

Bayden G20 sammitinə səfərini ləğv etməyəcək

ABŞ Prezidenti Co Bayden həyat yoldaşında koronavirus infeksiyasının aşkarlanmasına baxmayaraq, Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pier brifinq zamanı deyib.

O, bir jurnalistin sualına cavab olaraq, infeksiyanın dövlət başçısında tapılmadığını qeyd edərək, “O, sabah uçacaq”, – deyib.

Qeyd edək ki, ABŞ-nin birinci xanımı Cil Baydenin COVID-19-a yoluxduğu,onun yüngül simptomlarının olduğu bildirilib.


Share: