Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda səfərdə İsveçrə seçməsi ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin ilkin təsnifat mərhələsindəki digər rəqibləri isə İrlandiya və Kosovo kollektivləridir.

Qeyd edək ki, Azərbaycan yığması ikinci oyununu fevralın 25-də Bakıda Kosovo seçməsinə qarşı keçirəcək.

Share: