Baş nazir yerə dağıtdığı qəhvəni özü təmizlədi…

Hollandiyanın baş naziri Mark Rutte iş yerinə girərkən əlindəki qəhvəni yerə töküb. Qəhvəni təmizləməyə gələn təmizlikçinin əlindən silgini alan Rutte yerləri silməyə başlayıb. Nazirinin bu hərəkətinə təmizlikçilər alqışlarla qarşılıq veriblər.
Müstəqil.az xəbər verir ki, nazir daha sonra ətrafdakı masalara sıçrayan qəhvə ləkələrini silib. Nazirin bu hərəkəti ölkə mətbuatında da müzakirələrə səbəb olub. Bəziləri onun bu hərəkətini dəstəkləyərkən, bəziləri də şou göstərdiyini bildiriblər.

Share: