Bakını sevən erməni Boka öldü

Erməni müğənni “Boka” ləqəbli Boris Davidyan ölüb.

Müstəqil.Az xəbər verir ki, bu barədə jurnalist Vaqe Kazaryan məlumat yayıb.

Qeyd edək ki, Boka 28 aprel 1949-cu ildə Bakıda anadan olub. 70-ci illərdən başlayaraq, müğənnilik etməyə başlayıb və Bakıda çox məşhurlaşıb. Hazırda da onun adı ilə bağlı, amma Bakı mühitinə aid mahnılar var.

Boka ermənilərin Azərbaycana qarşı ərazi davası və hücumu başlayanda Bakıdan Moskvaya köçüb. Bir müddət İrəvanda da yaşayıb. Lakin ermənilərin düşüncə tərzi, o cümlədən intellektindən narazılıq edən müğənni yenidən Moskvaya qayıdıb. Daha sonra isə xaricə köçüb.

Boka hər zaman Bakını və azərbaycanlıları sevdiyini bildirib. Buna görə də ermənilərlə problemlər yaşayıb

Müstəqil.Az

Share: