Bakıda “Xruşovka”kimi tanınan binalardan sonra “Stalinka” binalar da sökülməyə başlandı

Bakıda qəzalı vəziyətdə olan evlər və “Xruşovka” kimi tanınan binalardan sonra “Stalinka”ların da söküntüsü həyata keçirilir.

Müstəqil.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, işlər pilot layihə çərçivəsində icra olunur.

Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən binalar istismar müddətini başa vurub və bir çoxu qəzalı vəziyyətdədir.

Qeyd edək ki, pilot layihələrin icrası zamanı vətəndaşlarla müqavilə bağlanılır. Tikinti müddətində sakinlərə evin kvadratına uygun olaraq 300-500 manat aylıq kirayə pulu ödənilir.

Share: