Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var

Nəsimi rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində qeydə alınıb.

Mehdi Mehdiyev idarəetməsində olan “Toyota Prius” markalı maşında olarkən telefona baxıb, diqqəti yayındığına görə maşınını səkidəki məhəccərə çırpıb.

Daha sonra avtomobil aşıb. Maşında olan sərnişin Nicat Muxtarov ağır bədən xəsarətləri alıb.

Yaralı Kliniki Tibbi Mərkəxə yerləşdirilib.

Sürücü -ya bildirib ki, naviqator proqramına baxarkən diqüəti yayınaraq qəza törədib.

Yol təsərrüfatına ciddi ziyan dəyib. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Share: