Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb…

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.(Report)

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Həkimlərin ilkin tibbi yardım göstərilib və xəstə dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir, vəziyyəti ağırdır”.

Share: