Bakıda məktəbdə oğurluq…

Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompüter avadanlıqları oğurlanıb.

Müstəqil.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi və Pirallahı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb.

Müstəqil.Az

Share: