Bakıda hasar uçdu: Avtomobillər dağıntı atında qaldı – Foto

Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində uçqun hadisəsi baş verib.

“Hyatt Regency” otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.

Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.

Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib. (publika.az)

Share: