Bakıda evdə ər-arvadın meyiti tapılıb, araşdırma aparılır

Bakı şəhərinin Yasamal rayonunda iki nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

***

Saat 19:58

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə -ya Yasamal rayon prokurorluğundan bildirilib.

Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.

***

19.28

Bakıda evdə ər-arvadın meyiti tapılıb.

xəbər verir ki, hadisə Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evdə qeydə alınıb.

Hələlik adları açıqlanmayan ər-arvadın meyiti evdə aşkarlanıb.

Onların hansı səbəbdən ölməsi araşdırılır.

Share: