Bakıda ev yandı, bir nəfər öldü

Bakı sakini evində baş verən yanğın zamanı tüstüdən zəhərlənərək ölüb.
Moderator.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə Xəzər rayonunun Türkan qəsəbəsində baş verib.
Bildirilib ki, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib. Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb. S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.
Müstəqil.Az

Share: