Bakıda dəhşətli qəza anbaan kameralara düşdü…Video

Paytaxtda da ağır yol qəzası baş verib.

Müstəqil.az ARB TV-yə istinadən xəbər verir ki, motosiklet minik avtomobili ilə toqquşub.

Qəza anı hadisə yerinin yaxınlığındakı marketin nəzarət kamerası vasitəsi ilə anbaan qeydə alınıb. Yol kənarında dayanan minik avtomobilinin sürücüsü hərəkətə başlayan zaman qəfil sola dönmə əməliyyatı edib. Sürücünün diqqətsizliyi səbəbindən o, sürətlə gələn motosikleti görməyib.

Qəza zamanı motosikleti idarə edən sürücü bir neçə metr kənara düşərək xəsarətlər alıb. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə cəlb edilən polis əməkdaşları müayinələr aparıblar. Motosiklet və avtomobil cərimə meydançasına yerləşdirilib.


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share:

Deprecated: Calling get_parent_class() without arguments is deprecated in /www/wwwroot/WordPress/mustaqil.az/wp-content/themes/clean-grid-pro/comments.php on line 2152