Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 16-da paytaxtın Nərimanov rayonunda, “Montin” adlanan ərazidə qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Əliyeva Xədicə Elnur qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.

Share: