Bakı metrosunda konsert proqramı keçiriləcək

“Bakı Metropoliteni” QSC görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilən konsert proqramı keçirəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Publika.az-averdiyi məlumata görə, fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, musiqi mədəniyyətimizin peşəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə metronun “Qara Qarayev” stansiyasında bəstəkarın əsərləri ifa olunacaq: “Həmin gün dahi bəstəkarın adını daşıyan “Qara Qarayev” stansiyasında axşam saat 17:00-dan 19:00-dək ilk dəfə musiqili proqram təşkil olunacaq. Bəstəkarın ölməz klassik sənət əsərləri simli kvartetin ifasında səsləndiriləcək. Metropolitendən istifadə edən sərnişinlər stansiyanın vestibülündə konsert proqramını dinləyə bilərlər”

 

Müstəqil.Az

Share: