“Bəzi ixtisaslarda təhsil dövrü 4 ildən üçə salına bilər”

“Bəzi ixtisaslarda təhsil dövrü 4 ildən üçə salına bilər”

“Ali təhsil pilləsində bəzi ixtisaslarda təhsil dövrü qısaldıla bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, turizm, kommersiya və s. kimi bəzi ixtisaslarda təhsil dövrü 4 ildən 3 ilə salına bilər: “Biz hazırda bu məsələni müzakirə edirik. Bu həmin ixtisaslarda daha çox tələbənin təhsil almasına gətirib çıxara bilər. Düşünürəm ki, pilot səviyyədə növbəti illərdə bunu edə bilərik”.

Gülnar Əliyeva


Share: