Azərbaycanda törədilən qətliamlarda ABŞ-ın izləri

Araşdırmamız davam edir

 1992-ci ildən Ermənistan hərbi kəşfiyyatında xidmətdə olan, 2001-ci ilin may ayından başlayaraq “Vətən” cəmiyyətinin Fransa bölgəsində çalışan polkovnik Daniel Aruşanbekyan və 1996-cı ildən Yerevan Təhlükəsizlik Xidmətində İcevan rayon şöbəsinin rəis müavini işləyən polkovnik Marsel Avakyan “Hayastan” xeyriyyə cəmiyyətinin Xankəndi şəhər mərkəzində aparıcı vəzifələri tuturlar.

Bu şəxslər bilavasitə əsir uşaqların xaricə daşınmasında, onların terrorçuluqla məşğul olan təlim düşərgələrinə göndərilməsində, zəhərli dərman fabriklərində, uranı zənginləşdirən zavodlarda işlədilməsində ittiham olunası adamlardır.

Xüsusi qeyd: – Ata və analarından məhrum olan, kimsəsiz və tənha qalan əsir və girov götürülmüş Azərbaycan uşaqlarının bir müddətdən sonra öz vətənlərində və dünyanın istənilən nöqtəsində terror aktlarını həyata keçirə biləcək şəxsə dönəcəklərinə isə şübhə etməyək.

Bu da maraqlıdır ki, Qərb, xüsusən ABŞ-ın administrasiyası dünyada baş verən son terror aktlarında bilavasitə islam terrorçu təşkilatlarını günahlandırır. Halbuki, ölkənin (ABŞ-ın) xüsusi xidmət orqanlarının “ASALA” erməni terror təşkilatının Livan, Marsel (Fransa), Suriya, Kanada, Kipr, Argentina, İraq ərazilərində fəaliyyət göstərən təlim düşərgələrilə birgə əldə etdikləri araşdırmaları təhlil edən tapılsaydı, maraqlı və ciddi mənzərələrin, nəticələrin şahidi olardılar. Buna isə hələlik heç kəs ehtiyac duymur. Azərbaycan tərəf həm ABŞ-dan, Fransadan, ayrəca Pentaqondan, Senatdan tələb edib ki, onlar işğal olunmuş Azərbaycan ərazilərində məxfi qaydalarda salınmış əsir düşərgələrinin, terror məskənlərinin, narkotik plantasiyalarının süni peyklər vasitəsilə əldə etdikləri fotoşəkilləri və digər sənədləri açıqlasınlar.

Araşdıma zamanı məlum oldu ki, işğal olunmuş ərazilərimizdən oğurlanmış 2 min 285 uşaq satılmaq üçün Amerikanın, Fransanın, Almaniyanın, İngiltərənin qara bazarlarına satılmaq üçün daşınıb.

 

METRONUN PARTLADILMASI PLANI  LİVAN GÖRÜŞLƏRİNDƏ

1994-cu ilin iyun ayının 3-də (səhər saat 08:31 dəqiqədə) Bakı metrosunun partladılması planı da elə Beyrutda – redaksiya binasında müzakirə edilmişdi. Bu terror aktının keçirilməsində qərara alınmışdı ki, kürdlərin radikal qanadlarından istifadə olunsun. Bununla əlaqədar PKK- nın Cənubi Kiprdə qərar tutan təlim düşərgəsinə də müraciət edilmişdi. Lakin “Ramr” təlim düşərgəsinin liderlərindən olan Cəlil Fəxr Alim belə bir aksiyada iştirak etməkdən imtina etmişdir. 1994-cü ilin iyun ayının 17-də məşvərət iştirakçısı Robert Köçəryanın fikrincə, bu aksiyanın keçirilməsində daha həssas olan ləzgi və yaxud talış etnik qrupundan istifadə edilməsi məqsədəuyğun bilindi: “…Azərbaycanda, ilk növbədə, dramatik bir mənzərə yaratmaq lazımdır. Növbəti hərbi əməliyyatlaradək biz həm psixoloji, həm də informasiya müharibələrində udmalıyıq. Bütün bunlardan sonra qələbə üçün şansımız təmin olunur. Rusiyasız və İransız (?) heç bir qələbəmiz təmin olunmayacaq. Bunu da yaddan çıxarmayaq…” (Qovluq: 19210 – ünvan: Şkuleva, 272).

1994-cü ilin iyun ayının 21-də Xankəndinə qayıdan Zori Qaykoviç Balayan Şuşa, Laçın, Kəlbəcər, Kərkicahan, Qubadlı, Xankəndi şəhər həbsxanalarına baş çəkir. Milliyyətcə kürd olan əsirlərin siyahısını tərtib edir. İyun ayının 24-də isə o, Xankəndi əsirlərinin saxlandığı ərazidə plana uyğun olaraq Azərbaycanda terror aktlarını həyata keçirə bilən şəxslərlə ayrı-ayrılıqda söhbətlər təşkil edir. İyun ayının 25-də, saat 21:00-da Xankəndində əsir kimi əzab və işgəncələrə məruz qalmış, milliyyətcə ləzgi olan Azər Salman oğlu Aslanovu tapır… Xankəndi hərbi əks-kəşfiyyatının mayoru Alik Manilyanın və müstəntiq Serj Ter- Qriqoryantsın iştirakı ilə keçirilən “verbovka əməliyyatı”nda iştirak edir. Bu zaman bədnam “yazıçı” Zori Balayan “ASALA” beynəlxalq erməni terror təşkilatının tapşırıqlarını yerinə yetirirdi.

“Aztaq” qəzeti yazırdı…

Torpaqlarımızın işğalında Suriyaya “arenda”ya verilmiş RF-yə və Ukrayna HHQ-nə məxsus yük təyyarələri də “fəallıq” göstəriblər. Araşdırmalarımıza görə, yük təyyarələrindən birinin heyəti “Matevosyan qrupu” adlanırdı. Və bu qrup 1993-cü il may ayının 6-da və iyul ayının 9- da Suriyanın Aleppo yaşayış məntəqəsindən Yerevana uçub, müxtəlif növ silah və digər hərbi sursat daşıyıb. Həmin silahların bir qismi də Ermənistan MN-nin xəttilə Dağlıq Qarabağ istiqamətində fəaliyyət göstərən, “özünümüdafiə” yarlığı ilə işğalçı mövqedə dayanan “ASALA” erməni terrorçu qruplar arasında bölüşdürüldü. Və bu silahların da bir qismi 1993-cü ilin aprel ayının 16-da Birləşmiş Ərəb Əmirliklərində Dubayda keçirilən beynəlxalq sərginin Rusiya Federasiyası bölməsində nümayiş etdirilən silahlar idi. RF-nin hərbi zavodlarında istehsal olunmuş müasir silahların Dubaydan Dəməşq, oradan Yerevana, sonra isə DQ-a ötürülməsi xüsusi planın tərkib hissəsi idi. Artıq DQ silah anbarına çevrilmişdi. Məlumata görə, DQ ərazisində fəaliyyət göstərən “ASALA” terror qrupları üçün aşağıdakı miqdarda silah və digər hərbi sursat göndərilmişdi:

–        Xankəndində yerləşən hh 10-201 nömrəli “ASALA” qrupuna 72 min ABŞ dollarlıq həcmində müasir silah;

–        Şuşada yerləşən hh 01-604 nömrəli “ASALA” qrupuna 44 min ABŞ dollarlıq həcmində müasir silah;

–        Kəlbəcərdə yerləşən hh 61-601 nömrəli “ASALA” qrupuna 39 min ABŞ dollarlıq həcmində müasir silah.

Araşdırmalarımızdan bu da aydın oldu ki, DQ ərazisində fəaliyyət göstərən terrorçu qruplara ilkin nömrələr Ermənistan MN-də qoyulmuşdu. DQ-da yaradılmış BQ-da isə bu nömrələri daşıyan qruplar hərbi hissə kimi qeyd alındı.

“ASALA” erməni terrorçularının əlinə keçən ən müasir silah isə əsasən tank əleyhinə işlədilən “Şturm-S” kompleksi idi. RF-nin hərbi sənaye komplekslərində istehsal olunmuş bu silahın DQ ərazisində peyda olunması səbəblərini BQ (Moskva) heç cür aydınlaşdıra bilmirdi. Digər tərəfdən, ekspert materiallarının araşdırılmasından sonra bu da bəlli oldu ki, 1994-cü il 25 mart saat 23.30 dəqiqədə Xankəndinin şimalında vurulan İran şirkətinə məxsus “S-130” “Herkules” tipli sərnişin təyyarəsi (Moskva-Tehran) məhz həmin silahla vuruldu. Çünki təyyarə aşağıdan uçurdu… Ekspertlərin rəyində atılan mərminin sürəti, hədəf zərbəsi, dağıdıcılıq radiusu eynilə “Şturm-S” silahının əlamətləri ilə üst-üstə düşürdü. Nəticədə 32 diplomat ailəsi həlak oldu.

… 1993-cü ilin dekabr ayının 26-da isə Xankəndinə Fransanın Viller- Kotre yaşayış məntəqəsindən üstündə məxfi möhürü olan (məktublar ilkin olaraq Ermənistanın MN-nə göndərilmişdi) iki bağlama göndərilir. Bağlamaları da Xankəndinə Ermənistan MN-nin BQ-də çalışan zabit Aslanyan çatdırmışdı. Dekabr ayının 27-də həmin bağlamalar DQ “özünümüdafiə komitəsi”nin BQ-da açıldı. Üstündə “Böyük Ermənistan” xəritəsi cızılmış və “ASALA” sözləri yazılmış biletlər təntənəli surətdə öz sahiblərinə təqdim edildi. Robert Setrinoviç Köçəryana və Zəri Qaykoviç Balayana. Hər iki bilet nömrəsiz bilet idi. Ermənilər belə biletlərə “fəxri-təəssübkeş biletlər”i deyirdilər. Hər iki biletdə möhür və “Tilovyan” imzası var idi. (Barat Tilovyan “ASALA”nın DQ-dakı daimi nümayəndəsi kimi səlahiyyətə malik olsa da, hələlik Fransada BQ-da çalışırdı).

Beləliklə, Zori Balayan və Robert Köçəryan əsl terrorçu kimi “ASALA”nın fəxri siyahısına düşdülər.

* * *

Hər şey Şuşadan idarə olunurdu. 1992-ci il sentyabr ayının 26-da isə Şuşada – Baş Qərargahda “Hayastan” (1991-ci ilin iyul ayının 4-də yaradıldı. Başçısı L.Gülbekyan), “Haydad” (filial 1992-ci ilin mart ayının 2-də yaradıldı. Başçısı S.Karacanyan), “Ksammet” (filial 1990-cı il fevralın 23-də yaradıldı. Başçısı kapitan N.Ağabekyants), “Artsax” (1989-cu ilin noyabr ayının 12-də yaradıldı. Başçısı F.Feliksyan)… Rusiya erməni diasporunun liderlərindən olan Edvand (Edmund) Safaryan, Suriya erməni diasporunun Dəməşqdə təsis etdiyi “Yeish al-Shaab-Armenia” (“Ermənistan xalq ordusu”) cəmiyyətinin üzvlərindən Ağaran Stepanyan, Livan erməni diasporunun Beyrutda yaratdıqları “Daşnaksütyun” təşkilatının hərbi qanadına başçılıq edən Abakum Avakyan… eləcə də “ASALA” terror təşkilatının Fransa, İngiltərə, İspaniya, İran, Argentina, İraq mərkəzlərindən gəlmiş nümayəndələrin (L.Kasparyan, A.Duriyan, S.Tiqranyan, D.Sumbatyan, Ş.Ararat…) iştirakı ilə hərbi müşavirə keçirildi. 1992-ci ilin sentyabr ayının 30-da isə Beyrutda (Livan) erməni dilində nəşr edilən “Aztaq” (“Mövqe”) qəzeti keçirilən müşavirəyə işarə edərək yazır: “…Ermənistandan müxbirimiz Robert Badalyan məlumat (telefonla) verir ki, Şuşada Ermənistanı, eləcə də Dağlıq Qarabağı idarə edə biləcək güclü Təhlükəsizlik şurası yaradıldı. Bu şuranın üzvləri Dağlıq Qarabağı azad və müstəqil (?) edənədək yaşayacaq… Şurada “Ermənistan Azadlıq Hərəkatı”nın Yerevan bürosunun əlaqələndiricisi Arkadiy Qukasyan “özünümüdafiə dəstələri”nin hərbi qərargahına rəis müavini seçildi…” (?)

“Aztaq” qəzeti (Livan) 1992-ci il oktyabrın 4-də dərc etdiyi “Erməni əsirləri” adlı yazısında göstərir: “…Şuşada alınmış ilk əsirlərin sayı 16 nəfərdir. Onların hamısı uşaqlardır”. Qəzet daha sonra yazır: “…Bu uşaqlar qan içində qalmışdılar. Onların bir qismini üstünə örtük çəkilmiş maşınlara yığıb, şəhərdən çıxartdılar…”

Bunu qəzetin erməni müxbiri (bu ilk erməni qəzeti idi ki, Şuşada öz müxbir məntəqəsini yaratmışdı) Erem Lalayan yazırdı. Amma araşdırmalarımız bizim üçün başqa mənzərə açırdı. 1992-ci ilin noyabr ayının 4-də Ermənistan MN-nin hərbi hospitalında həkim-cərrah işləyən Armen Baqdasaroviç Baqdasaryan keçirilən müşavirədə (müşavirə Bakı vaxtı ilə saat 17:30 dəqiqədə başladı, saat 21:10 dəqiqədə tamamlandı) Şuşada yaradılmış “amputasiya” otaqlarının bağlanmasını tələb edir (bu faktı unutmayın.)… Lakin müşavirə iştirakçılarının 11 nəfəri bu tərkibin əleyhinə səs verir və onun işdən çıxarılması məsələsini qoyur. 1992-ci ilin noyabr ayının 7-də hərbi həkim A.Baqdasaryan vəzifəsindən azad edilir.

Amma erməni həkimin etirafı həqiqi etiraf idi. Şuşada Dağlıq Qarabağın tarixində ilk amputasiya otağı yaradılmışdı. Bu otaqlarda güllə yarası almış və eləcə də döyüşlər zamanı əzilmiş, minaya düşmüş… uşaqların dağılmış əzaları kəsilib atılır, bəzən bilərəkdən onların gözlərini çıxarıb, barmaqlarını qırırdılar. Sonra şikəst, sıxıntıdan və ona-buna əl açıb dilənməkdən savayı heç bir işin qulpundan yapışa bilməyən… az yaşlı uşaqlardan ibarət gəlir, varlanmaq mənbəyi kimi istifadə edirdilər.

Separatçıların gizli qəbiristanlıqları

(Avropa Şurasının həmsəärlərinə kiçik bir xatırlatma)

Dünyanın bir sıra ölkələrində kimyəvi, bioloji silahlar, zəhərli qazlar axtaran… BMT nümayəndələrinə xatırlatmaq yerinə düşər ki, yollarını salsınlar. İşğal olunmuş ərazilərimizdən kütləvi şəkildə güllələnmiş, zorla amputasiya otaqlarına salınmış, lakin cərrahiyyə əməliyyatlarından çıxa bilməyib, ölən, həlak olan günahsız uşaqların, qadınların, qocaların… basdırıldığı qəbiristanlıqlara nəzər salsınlar… Gəlin, görün, cənablar… Biz sizə həmin xəlvət qəbiristanlıqların ərazi dairəsini xatırladırıq:

  1. Kəlbəcər rayonu üzrə (Başlıbel yaşayış ərazisində. Cənub-şərq istiqaməti. Dəlidağın ətəyi. Uşaq qəbristanlığı. 1994-cü ilin iyun ayının 9- da ilk uşaq basdırılıb).
  2. Zəngilan rayonu üzrə (İsgəndərbəyli kəndi ərazisi. Şimal istiqaməti. 1994-cü ilin may ayının 3-də ilk ölü hamilə qadın oğlu ilə basdırılıb).
  3. Əskəran rayonu üzrə (Naxçıvanlı kəndi ərazisi. Şərq istiqaməti. 1995-ci ilin avqust ayının 16-da ilk uşaq basdırılıb).
  4. Cəbrayıl rayonu üzrə (Dağ-Tumas kəndi ərazisi. Qərb istiqaməti. 1995-ci ilin iyul ayının 26-da ilk ölü basdırılıb. Dəfn olunan 10-11 yaş arasında olub).

Rövşən Novruzoğlu,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

Share: