Azərbaycanda ilk dəfə…Nitq və eşitmə məhdudiyyətli insanların oynadığı işarət dilində film çəkildi…

Müstəqil.Az bildirir ki,Azərbaycanda ilk dəfə olaraq jestika,işarət dilində film çəkilib.

“Mənim hekayəm”adlı Filmdə əsasən nitq məhdudiyyətli insanları nəzərə alaraq başdan- başa işarət dilindən istifadə olunub.Əlavə olaraq hər kəsin rahatlıqla izləyə bilməsi üçün Alt yazılardan da istifadə olunub.

Fuad Tofiqoğlunun rejissorluğu və Ramil Musanın ssenarisi əsasında çəkilən filmin baş rol oyunçusu eşitmə və nitq məhdudiyyətli Mahmud Səfərovdur.Filmin digər aktyorlarının da bir çoxu  eşitmə  və nitq məhdudiiyyətli insanlardır.

Bu barədə saytımıza məlumat verən filmin baş rol qəhrəmanı Mahmud Səfərovun bacısı Aida Səfərova bildirmişdir ki,Filmin traileri yayımlandıqdan sonra xarici dövlətlərdən də onlara  bir çox maraqlı təkliflər gəlmiş,film çox gözəl qarşılanmışdır.

26 oktyabr tarixində Nizami kinoteatrında qala gecəsi və təqdimatı olacaq tədbirə müxtəlif media nümayəndələri və jurnaist qonaqlar da dəvət olunub.

Onlar nitq və eşitmə məhdudiyyətli olsalar belə  bir çox sağlam insanların hiss və duyğularından qat-qat güclü duyğulara sahib olduqlarını,həyatda əzm və mübarizə edərək ,ruhdan düşmədən cəmiyyət üçün çox gözəl işlər görə bilməyə qadir olduqlarını bir daha sübut edibler…

Müstəqil.Az olaraq uğur arzulayır,hər kəsi 26 oktyabr tarixində nitq və eşitmə məhdudiyyətli dostlara dəstək olmağa səsləyirik!

 

Aysel Səfərli

 

Bİlet əldə etmək üçün əlaqə nömrələri:

050 400 61 63

Share: