Azərbaycana gələn Emin Ağalarova təyyarədə GÖZLƏNİMƏZ SÜRPRİZ – VİDEO

Xəbər verdiyimiz kimi, dekabrın 12-də Xalq artisti, tanınmış müğənni və iş adamı Emin Ağalarov 39 yaşını Rusiyada, yaxınlarının əhatəsində təntənəli şəkildə qeyd edib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, sənətçi dünən Rusiyadan Azərbaycana səfər edib. Xalq artisti uçuş vaxtı təyyarədə gözlənilməz sürprizlə rastlaşıb. Belə ki, bələdçilər bir neçə gün əvvəl 39 yaşı tamam olan ifaçını “Happy birthday” mahnısı ilə təbrik edib, daha sonra isə ona tort təqdim ediblər.

Ağalarov onun üçün hazırlanan xoş sürprizin görüntülərini İnstaqramda paylaşıb. O, “Azərbaycan Hava Yollarının komandasından belə təsirli bir sürpriz görmək çox xoşdur” yazaraq AZAL-a təşəkkür edib.

Share: