Azərbaycan millisinin heyətində dəyişiklik edildi

DÇ-2024-ün elit-raund mərhələsində Niderland yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi hazırlığını bərpa edib.

Federasiyadan verilən məlumata görə, heyətdə zədəli və cəzalı futzalçı yoxdur. Amma 2 gün əvvəl Rumıniyaya məğlub olan komandada dəyişiklik edilib. İsa Atayev heyətdən kənarlaşdırılıb, Maneka millinin düşərgəsinə cəlb edilib. Hücumçu hazırda Macarıstanın “Studio Futsal Niredhaza” klubunda çıxış edir.

Qeyd edək ki, Niderlandla oyun sentyabrın 20-də, saat 18:30-da Bakı İdman Sarayında keçiriləcək.

Share: