Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bir oyundan ibarət olan 1/8 final mərhələsi çərçivəsində üç matç baş tutacaq.

Günün ən maraqlı görüşü Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası Premyer Liqa klublarının duelində “Turan Tovuz”la görüşəcək.

Digər iki qarşılaşmada elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. “Səbail” MOİK-in qonağı olacaqsa, “Qəbələ” “Araz Naxçıvan”ı qəbul edəcək.

Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək üç görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku

1/8 final mərhələsi

22 noyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Səbail”

Baş hakim: Əli Əliyev

Binə qəsəbə stadionu

14:00. “Şamaxı” – “Turan Tovuz”

Baş hakim: Vüqar Həsənli

Şamaxı şəhər stadionu

15:00. “Qəbələ” – “Araz Naxçıvan”

Baş hakim: Kamranbəy Rəhimov

Qəbələ şəhər stadionu


Share: