Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəsə, Ermənistan veto haqqından istifadə edəcək.

Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəsə, Ermənistan veto haqqından istifadə edəcək.

Müstəqil.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı fikirlər hələlik analitik dairələrdə səsləndirilir.

O, bu məsələnin gündəmə gələcəyi təqdirdə İrəvanın veto haqqından istifadə edəcəyini bildirib.

Qeyd edək ki, Bakı bu istiqamətdə rəsmi və ya qeyri-rəsmi heç bir təşəbbüs göstərməyib.

 

Share: