Azər Turanla görüş keçiriləcək

Oktyabr ayının 5-də Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Ədəbiyyat qəzeti”nin baş redaktoru, cavidşünas alim Azər Turanın Hüseyn Cavidlə bağlı yazdığı kitabların təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, bundan başqa tədbirdə Azər Turanın “Cavid idealları XXI əsrin kontekstində” mövzusunda məruzəsi və mövzu ilə bağlı digər çıxışlar dinləniləcək.

Tədbir Üzeyir Hacıbəyli təqdimat zonasında, saat 12.00-12.45-də baş tutacaq. Maraqlananlar iştirak edə bilər.

Share: