Azərbaycanlı tələbələr ölkəni tərk etmədən dünyanın nüfuzlu univeristetlərinin diplomlarını ala biləcək. Bu yenilik xarici professorların Azərbaycana gəlməsi ilə mümkün olacaq. Bunun üçün Nazirlər Kabineti beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi qaydalarını təsdiq edib.
Xezerxeber.az-ın məlumatına görə, universitetlər bu sahədə Dövlət Neft Fondu, beynəlxalq təşkilatlar, xarici və yerli investorların vəsaitlərindən müəyyən edilən qaydalar çərçivəsində istifadə edə bilərlər. Prosesə nəzarət isə Təhsil Nazirliyinin nəzdində yaradılacaq Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən həyata keçiriləcək. Artıq bəzi universitetlərlə ilkin danışıqalara da başlanılıb.
Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib ki, artıq Azərbaycan Dövlət Pedaqoji Univeristetlə Amerikanın nüfuzlu Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üçün danışıqlar gedir və yaxın gələcəkdə müqavilənin imzlanması gözlənilir.
Qeyd edək ki, tələbələr ikili diplom proqramına hər iki univesitetin müəyyən edəcəyi kriteriyalar əsasında seçiləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Müstəqil.az