Azərbaycanla Sloveniya arasında aktual məsələlər müzakirə olunub

11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirləri görüşü çərçivəsində Sloveniya Respublikasının Xarici İşlər və Avropa Naziri Tanya Fayon ilə görüşüb.

xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında siyasi dialoqun təmin edilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulanıb.

Nazir həmkarını regionda mövcud vəziyyət, postmünaqişə dövründəki reallıqlar, Azərbaycan tərəfindən cari ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırıb. Nazir Azərbaycan və Ermənistan arasında sülh üçün real şərait yarandığını vurğulayıb.

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Share: