Azərbaycandan qovulan iranlı diplomat Purmərcan Ocaqnejadın yarımçıq qalan işlərini görürmüş

İran səfirliyinin arzuolunmaz şəxs elan edilən 4 diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir.

Bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejadın yerinə keçmiş və hələ də onun ölkədəki yarımçıq qalan işlərini davam etdirirmiş.

Share: