Azərbaycanda DVX xətti ilə dövlət büdcəsinə daxilolmalar 15.3 mlrd. manatı ötüb

Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 15 mlrd. 337,7 mln. manat olub.

“-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9 % artaraq 9 mlrd. 15,8 mln. manata çatıb”, – deyə o qeyd edib.

“Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”, – deyə paylaşımda nazir qeyd edib.

Share: