Ayrılıq haqda mahnını ağlayaraq oxudu — Video

Dünyaca məşhur kolumbiyalı müğənni Şakira yeni “Monotonia” (Monotonluq) adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, trekin sözlərindən aydın olur ki, mahnı müğənninin “Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike ilə ayrılığına həsr olunub.

Şakira yeni mahnısında monotonluğun dağıtdığı münasibətlərdən oxuyur. Mətndə, həmçinin bunda heç kimin günahı olmaması haqda cümlə var.

“Sən məni özünün narsissizminə görə tərk etdin”, – Şakira “Monotonia”da oxuyur.

O, həmçinin qeyd edir ki, ayrılıq zəruri idi, lakin hələ də sevir, özünü isə daha çox sevir.  

Klipdə ağlayan Şakira qopardılmış və kişi tərəfindən tapdalanmış ürəyini göstərir, daha sonra onu bankda qıfıllayır.

Xatırladaq ki, müğənni və futbolçu 11 il birlikdə olublar. Onların iki oğlu var – 9 yaşlı Milan və 7 yaşlı Saşa. Cütlük rəsmi şəkildə ailəli olmayıb, ayrılmaları barədə açıqlamanı bu ilin iyununda veriblər.  


Share: