Ayı evə soxulub hovuzda çimdi və kokteyl içdi – VİDEO

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Altaden qəsəbəsində ayı yaşayış evinin arxa həyətinə girib və hovuzda çimib. Bundan sonra vəhşi heyvan evin sahibinin hazırladığı kokteyli də içib.
İnsident 29 iyunda baş verib. Mark Xof deyir ki, özünə “Marqarita”kokteyli düzəldib arxa həyətdə oturub. Elə, bircə qurtum alıbmış ki, o həyətdə hansısa səslər eşidib və fikirləşib ki, yəqin qonşulardır. Sən deməyəsən, bu hasarı aşmış ayıdır.
Bir neçə saat ərzində ayı isidilmiş hovuzda qəşəng vanna qəbul edib, evin sahibi tərəfindən qoyulmuş kokteyli içib, sonra da ağacın altında uzanıb yatıb. Mark Xofun sözlərinə görə ayı gedəndən sonra daha iki kokteyl hazırlayıb ki, özünə gələ bilsin.
Müstəqil.Az

Share: