Ayaqqabısına kamera yerləşdirərək qadınların ətək altı görüntülərini çəkdi və…

ABŞ-da ayaqqabısına yerləşdirdiyi gizli kamera ilə ətrafındakı qadınların ətək altı görüntülərini çəkməyə çalışan adam cihazın içindəki batareya partladığı zaman özünü ələ verib.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, 32 yaşlı adam baş verən hadisədən sonra polisə təslim olub və heç bir görüntü qeyd etmədiyi üçün daha sonra sərbəst buraxılıb.
Hadisəni araşdıran polis rəisi bu qəribə halı şəxsi hesabında paylaşaraq adamın hadisəni kiçik yanıqlarla atlatdığını və istintaqın davam etdiyini bildirib.
Qeyd edək ki, 2015-ci ildə ABŞ-ın əyalət qanunlarında edilən bir dəyişikliklə bu hərəkət ağır cinayətlər dairəsinə alınıb. Bu cinayəti törədənlər də 3,5 ilə qədər həbs və 10 min dollara qədər pul cəzasına məhkum edilir.
Müstəqil.Az

Share: