“Axı bizim kanalizasiya sistemi bərbad gündədir”-Yağışa AÇIQ MƏKTUB…

Salam, ay Yağış!
Sən niyə belə yağdın? Axı bizim Bakının kanalizasiya sistemi bərbad gündədir. Yollar çuxurdur. Qaraçuxuru demirəm. Sən ora azacıq yağanda nə səkidə hərəkət etmək olur, nə də, yolu keçmək. Hacıbala müəllim Bakı şəhərinə 17 il rəhbərlik elədi. Səni elə yola verdi ki, camaat elə bildi ki, sadəcə “aydınlıqsan”. Bu gün yaman bərk yağdın, sanki sənə də ayin olmuşdu ki, Hacıbala müəllim artıq “Mer” deyil. Belə eləmə, Eldar müəllim də pis adam deyil! Eldar müəllim çox müdrik və qabaqgörən adamdır. Sənə qədər, balkonlardakı ipləri kəsdirdi. Sanki bu da ona ayin olmuşdu. İplərdən asılmış nə qədər paltar təkrar islanmadan xilas oldu. Yaxşı yadımdadır: Biz uşaq olanda qoca nənəm göy gurultusunu eşidən kimi, sənin evləri dağıtmaman üçün əlini göyə açıb, nəsə dua oxuyardı. Bəlkə Hacıbala müəllim də bunu elətdirirdi. O da kənddə böyümüş adamdır. Bu gün görsəndi ki, sənin şıltaqlığına görə dua oxunmayıb. Nənəm də sağ deyil ki, duanı öyrənim. Ancaq bizə yazığın gəlsin. Pal – paltarı yumaq və qurutmaq çox çətindir.
 
Dərin hörmətlə; Etibar Əliyev
Share: