Zümrüd Yağmur: Fuadın bizə etdiklərinin həkim sənədlərini yaysam xalq AXCP-ni məhv eləyər.
Məlum olduğu kimi bir neçə gün öncə AXCP-nin sədr müavini, Əli Kərimlinin ən yaxın adamlarından biri Fuad Qəhrəmanlının qızı Selcan Yağmur sosial şəbəkələrdə açıq status yazaraq atasını 10 il ərzində onlara şiddət göstərməkdə, anası Zümrüd Yağmurun, bacısı Sənayın sümüklərini sındırmaqda və Əli Kərimlini bütün bunlardan xəbərdar olmaqda, lakin olanlara göz yummaqda ittiham etdi.
Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurdu, bir sıra digər müxalif və bitərəf şəxslər tərəfindən bütün günü hökuməti pisləyən, demokratiya və azadlıqların boğulmasında şərləyən Fuad Qəhrəmanlı, Əli Kərimli və ümumilikdə AXCP ciddi ittiham olundu, hətta onların istefası tələb olundu. Əvəzində isə daha gözlənilməz hal baş verdi, başda Əli Kərimli, Fuad Qəhrəmanlı özü və digər cəbhəçilər olanları etiraf əvəzinə Selcanı, bacısı Sənayı və Zümrüd Yağmuru ən ağır ifadələrlə təhqir etməyə başladı, onları yalan danışmaqda, şər atmaqda günahlandırdı, yeniyetmə Selcanı bütün çirkin üsullardan istifadə etməklə aşağıladı, “belə şey olsaydı ortaya həkim sənədləri qoyardılar”, “bu hakimiyyətin planıdır”, “ailədə kişi arvadını döyər də söyər də” tipli vicdansız ifadələrlə özlərinə haqq qazanmağa çalışdılar.
Sosial şəbəkələrdə Selcanı müdafiə edən şəxslər tərəfindən “deyəsən AXCP-dən bircə Türkan şiddətə qarşıdır” başlığı ilə yayılmış səs yazısından isə görsənir ki, Zümrüd Yağmur övladları ilə bağlı yaranmış durumdan bir ana kimi çox həyəcan keçirir, eyni zamanda əlində şiddətli döyülmələri və aldığı xəsarətlərlə bağlı həkim sənədlərinin olduğunu deyir. Səs yazısını təqdim edirik: