Avropanın daha bir lideri Kiyevə gedir

Avstriya kansleri Karl Nehammer Ukraynaya səfər edəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə Nehammerin ofisi məlumat yayıb.

O, aprelin 9-da Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Qeyd edək ki, bu gün Zelenski Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə görüş keçirib.

Müstəqil.Az

Share: