“Avropa Qəsrləri” adlı fotosərginin açılışı olub

Avropa ittifaqı Nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətləri səfirliklərinin birgə təşkilatçılığı ilə FantazEU 2023 Mədəni İrs Festivalı çərçivəsində “Avropa Qəsrləri” adlı fotosərginin rəsmi açılış mərasimi baş tutub.

xəbər verir ki, açılışda Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko, digər səfirliklərin nümayəndələri iştirak edib.

Çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko sərgidə olmaqdan məmnunluğunu ifadə edib:

“Mədəniyyət inam və qarşılıqlı anlaşma qurmağımıza hər zaman kömək olub. Mədəniyyət ölkələr arasında əlaqə qurulmasında ciddi vasitədir”.

Daha sonra qonaqlar sərgi ilə tanış olub.

Share: