Avropa İttifaqı Suriya üçün atəşkəs çağırışı etdi

Avropa İttifaqı Suriyanın Şərqi Quta bölgəsində atəşkəs elan edilməsi üçün çağırış edib.

“Qafqazinfo” xəbər verir ki, 28 ölkə tərəfindən imzalanan sənədlə bağlı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini açıqlama verib.

Qeyd edilib ki, 30 günlük atəşkəs zamanı bölgədə humanitar yardımların edilməsi və vətəndaşların qorunması üçün tədbirlərin görülməsi nəzərdə tutulub: “Vətəndaşlara humanitar yardımların məhdudiyyət olmadan çatdırılması əxlaqi bir məcburiyyətdir. Bütün tərəflər şiddətə son verərək daha çox insan itkisinin qarşısını almağa çalışmalıdır”.

Qeyd edək ki, Suriyada müxalifət qüvvələrinin nəzarətində olan Şərqi Qutanın 400 minə yaxın əhalisi var. Astana razılaşmasında həmin şəhər gərginliyi azaltma bölgəsi elan edilmişdi.

Müstəqil.Az

Share: