AVRO-2020-nin rəsmi mahnısı bəlli oldu – VİDEO

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı bəlli olub.

Müstəqil.Az – ın məlumatına görə, mahnını hiderlandlı Martin Qarriks, həmçinin İrlandiyanın “U2 Bono and The Edge” rok qrupunun üzvləri ifa edir.

Mahnı “We Are The People” (Biz insanlar) adlanır.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Müstəqil.Az
Share: