Atama- “Sən oğlanla görürüşürsən, əxlaqsızlıq edirsən..” -dedim…DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI…

Bakıda ağır qətl hadisəsi törətməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Elməddin İsmayılov, 1992-ci il təvəllüdlü Nəcməddin İsmayılov və 1976-cı il təvəllüdlü Vəlican Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin Bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib.

Polis və prokurorluq orqanlarının təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində törədilən qətlin üstü isti izlərlə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb ediliblər.

Rayon polis və prokurorluq orqanları əməkdaşlarının hadisə yerinə keçirdiyi baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olduğu və onun kəsici-deşici alətlə qətlə yetirildiyi müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi və prokurorluğu əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin İbrahim Əliyevin oğlu Elməddin tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, cinayətin digər iştirakçıları da müəyyən edilib və qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar – Vəlican Dadaşov və Nəcməddin İsmayılov saxlanılaraq istintaqa cəlb ediliblər.

İbrahim Əliyevi öldürən oğlu Elməddin Əliyev hadisənin təfərrüatı barədə ifadə verib.

Elməddin Əliyev atasını öldürdüyünü və daha sonra izi itirmək məqsədilə evi yandırdığını etiraf edib. Bildirib ki, əsgərlikdən yeni gəlib və qəsəbədə olan zaman atası haqqında xoşagəlməz xəbərlər eşidib.

Onun sözlərinə görə, qəsəbədə atasının cinsi azlıq nümayəndəsi kimi bir neçə oğlanla cinsi əlaqədə olmasından danışırlarmış.

Elməddin Əliyev bu səbəbdən atasını öldürmək qərarına gəlib: “Atamı öldürmək üçün plan qurdum. Mənə bu işdə kömək göstərməsi üçün dostlarım Vəlican Dadaşov və Nəcməddin İsmayılova planım barədə danışdım. Sonra onlarla birlikdə əmimin bağ evində qalan atamın yanına getdim. Orada atama “sən oğlanla görürüşürsən, əxlaqsızlıq edirsən” dedim. Atam mənə dostlarımın yanında şillə vurdu.

Bu zaman stolun üstündəki bıçağı götürərək, atamın ürəyinə sancdım. Sonra dostlarımla birlikdə evi yandırdıq. Oranı tərk etdik”.

Digər təqsirləndirilən Vəlican Dadaşov özünü təqsirli bilməyib. O deyib ki, Elməddin kafedə oturanda atasını öldürdüyünü deyib.

Onun sözlərinə görə, Elməddinin bu sözlərini ciddi qəbul etməyib və ona gülüb.

Nəcməddin İsmayılov bildirib ki, sadəcə Vəlicanla Elməddini Zirəyə aparıb: “Elməddin dedi atasından pul alıb Vəlicana verib, indi də qaytarmır. Atası da onu evdən qovub ki, ya pulu gətir, ya da Vəlicanı çağır özüm görüşüm. Mən də Elməddinlə Vəlicanı İbrahimgilə aparırdım, çatana yaxın Elməddinin telefonunda kontur yox idi. Mənim telefonumla zəng etdim İbrahimə, dedim Vəlicangili sizə gətirirəm. Dedi Azərin evinə apar. Bunun səs yazısı da var. Mən də ora apardım, özüm çıxıb getdim. Sonra Elməddin zəng edib dedi Vəlican atamı öldürüb, tez gəl. Mən özümü cinayəti bilib gizlətməkdə təqsirli bilirəm. Elməddin dedi, qorxuram, Vəlican bizi də öldürər, mən dedim qorxma, gedək anana deyək.

Onlara dedim mənim telefonumla zəng etmisiz, problem yaranar, gedin polisə deyin. Səhəri gün mənə zəng etdilər ki, gedək evi yandıraq, mən də dedim məni qatmayın, gedin evdə danışın hər şeyi. Sonra evdəydim, gördüm ev yanır, Elməddinə zəng edib soruşdum, dedi, hə, yandırdıq. Məni Elməddin qoymadı ki, kiməsə deyim, dedi desək, Vəlican bizim ailəmizi öldürəcək. İbrahim kişinin kişilərlə cinsi əlaqədə olması haqqında deyilənlər isə yalandır”.

Share: