“Arsenal”dan ardıcıl beşinci qələbə, “Mançester Siti” darmadağına sevindi – VİDEO

İngiltərə Premyer Liqasında V tur davam edir.

Oxu.Az xəbər verir ki, lider “Arsenal” ardıcıl beşinci oyunundan da qalib ayrılıb.

“Topçular” doğma azarkeşləri önündə “Aston Villa”dan üstün olublar – 2:1.

Günün digər matçında “Mançester Siti” “Nottingem Forest”lə üz-üzə gəlib.

Azarkeşlərin altı qola şahidlik etdikləri matçda bütün qolları Qvardiolanın tələbələri vurublar – 6:0.

Share: