Milli mətbuat günü intellektual cəmiyyət üçünəlamətdar bir gündür. Bu gün söz yaradıcılığının, fikirvə düşüncə sənətkarlığının bayramıdır. Sözümüzüntarixi isə özümüz və özülümüz qədər dərindir. Hələmilli mətbuatımızın yaranmasından əvvəlAzərbaycanın ictimai fikir tarixi min ildən çox dövrüəhatə edən böyük bir təkamül yolu keçmiş və sözyaradıcılığının misilsiz ənənələrini yaratmışdır. DədəQorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Füzuli kimi söz dühalarının cilasından keçən və MirzəFətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisisəviyyəsinə yüksələn Azərbaycan sözü Həsən bəyZərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanıyetişdirməyə qədər yüksələn milli söz XIX əsrmaarifçilərimizin fikir və düşüncələrində yetkinləşənmilli ideologiyamızı ərsəyə gətirdi və onu ictimaişüurun aparıcı qüvvəsinə çevirə bildi. Sözdəndüşüncələrə hoparaq, oradan də əməllərə keçən milliictimai şüur isə ilk milli dövlətin yaranmasına gətiribçıxarması ilə dahi Füzulinin vəsf etdiyi “ƏlahəzrətSöz”ün qüdrətini və təntənəsini nümayiş etdirdi. Bu günkü çağdaş Milli mətbuatımız, sözün və sözsənətkarlığımızın öz funksiyasında ən yüksək əməlinəticələrə gətirib çıxardığı bu uzun yolun yeni dövrmərhələsidir.
Milli mətbuatımızın yarandığı dövr tarix üçün də yenibir dövr idi. Bu, Sözün sentimental və ruhanihissiyatların təsvirindən real həyat düşüncələrininifadəçisinə çevrildiyi, mifik qəhrəmanlığı göylərəyüksəldən mücərrəd saray poetikasından insanlarındüşüncəsinə nüfuz etməklə ictimai şüurutəkmilləşdirən, milli dünyagörüşü formalaşmağaistiqamətləndirən və bununla da söz yaradıcılığınaictimai-siyasi çalarlar gətirən realist yaradıcılıqmərhələsinə keçdiyi bir dövr idi. Həmin dövrdən bugünümüzə uzanıb gələn yol Söz və fikir tariximizinmübarizə, təkamül və qələbələr yoludur. İlk mətbuorqanımız “Əkinçi”nin işıq üzü görməsindən dərhalsonra bir-birinin ardınca açılan qəzetlərimiz ağırtəzyiqlərlə üzləşərək qısa müddətdən sonra bağlanmalıolurdular. Buna baxmayaraq,“Əkinçi”,“Ziya”, “Kəşkül”, “Kaspi” kimi mətbu orqanlarımız ictimai-siyasi şüurun inkişafına əhəmiyyətli təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinəyol aça bildilər. Həsən bəy Zərdabi, Səid və CəlalÜnsizadələr, Seyid Əzim Şirvani, Sultan MəcidQənizadə, Firudin bəy Köçərli, Məmməd Kəngərlikimi milli ideya daşıyıcılarımız milli mətbuatımızınməktəb və ənənəsini yaratmağa nail ola bildilər. Heçtəsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşəbaxımından jurnalist deyildilər, lakin mətbuat onlarüçün xalqın, millətin şüuruna çatdırmaq istədiklərimütərəqqi ideyaların yayılmasına və keyfiyyətcə yenibir cəmiyyətin yaranmasına nail olmaq üçün istifadəedə biləcəkləri ən müasir və ən kəsərli bir vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın demək olar ki, hamısının həyatı mətbuatla sıx bağlı idi. XX əsrinəvvəllərində isə Cəlil Məmmədquluzadə, Ömər FaiqNemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız buənənəni davam etdirərək “Şərqi-Rus”, “Həyat”, “Açıqsöz”,“Molla Nəsrəddin” və digər məşhur mətbuorqanlarımızı yaratmaqla artıq möhkəmlənməkdə olanmilli şüuru dövlətçilik şüuruna yüksəldə bildilər. Məhzbu insanların fədakarlığı və əzmkarlığı sayəsindəAzərbaycan milli şüuru elə yeni dövrün başlanğıcındaözünün intibah mərhələsinə yüksəldi və tarixdə ilk türkcümhuriyyətini – azad insan və demokratik cəmiyyətnümunəsini yarada bildi. Mövcud olduğu qısa zamankəsiyində “İnsanlara hürriyyət, Millətlərə istiqlal” bəyan etmiş ilk milli Cümhuriyyətimizdə millimətbuatımız azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə sürətli quruculuq və yaradıcılıqmarafonuna əvəzsiz töhfələr verdi.1920-ci ildəmüstəqilliyimizə son qoyan imperiya millimətbuatımızın da müstəqilliyinə son qoydu. İmperiyanəzarəti altında yaranan yeni sovet mətbuatı isə yalnızbolşevik ideologiyasının imkan verdiyi özünəməxsusformatda mövcud ola bilərdi. Buna baxmayaraq, millimətbuatımız mübarizə yolundan dönmədi. İctimai-siyasi hadisələrə obyektiv münasibət bildirməyinmümkün olmadığı ən çətin zamanlarda belə millimətbuatımız öz səylərini əhalinin savadlanması, millimədəni dəyərlərimizin qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsi işinəyönəltdi. Milli-mədəni sərvətlərimizin, milli-mənəvidəyərlərimizin qorunub–saxlanmasında misilsizxidmətlər göstərdi.
Mətbuat nümayəndəsi olaraq cəmiyyətin nəzərlərini, diqqətini özünə cəlb edə bilmək nə qədər şərəfli biryaradıcıq işi olsa da, bir o qədər də məsuliyyətli və bütünlüklə cəmiyyətin və dövlətin inkişafı üçün zərurivə məsuliyyətli bir missiyadır. Bu missiyanınöhdəsindən layiqincə gələnlər bütün dövrlərdə söz və fikir səltənətinin inciləri kimi parlayıb və millətintarixinə parlaq səhifələr yazıblar. Elə parlaq səhifələrki, onların şüası bütöv bir xalqın inkişaf və tərəqqiyoluna gur işıq saçıb, onun indisini və gələcəyiniböyük bəlalardan xilas edib, xalqların taleyindəhəlledici rol oynayıblar. Məhz buna görə də millimətbuatımızdan danışanda tarixi söz ustadlarımızınnurlu simaları gözlərimiz önündə canlanır, onların tarixyaradan söz və fikir yaradıcılığı parlaq bir örnək kiminəsillərdən–nəsillərə ötürülür. Bu əbədi və ədəbimissiyanın daşıyıcıları fədakar insanlardır. Onlar sözünqüdrətini anlayan, o qüdrəti öz fəaliyyəti ilə nümayişetdirən və özünün mətbuat sahəsindəki xidməti iləmənsub olduğu xalqı da yetişdirən, şərəfləndirən və qüdrətləndirən dahilərdir. Yaşı 150 ili haqlayan millimətbuatımızın tarixi belə dühalarla zəngindir.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Həsənbəy Zərdabidən gələn keşməkeşli milli mətbuat yolunuyenidən işıqlandırdı və artıq onlarla deyil, yüzlərləmətbu orqanı millətin azadlıq coşqusundan doğanəzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular. 1998-ci ilin avqustunda ümummilli liderimiz HeydərƏliyevin mətbuat üzərində senzuranın ləğv olunmasıhaqqında tarixi Fərmanı isə milli mətbuatımızı əbədiazadlığa qovuşdurdu, onun inkişaf yolunda intəhasızüfüqlər açdı. Prezident Heydər Əliyevin mətbuata özəlmünasibəti, mətbuat nümayəndələrinə qarşı sonsuzsəmimiyyəti və qayğıkeşliyi elan olunmuşmüstəqilliyin hələ kifayət qədər möhkəmlənmədiyi birdövrdə milli mətbuatımızı dövlət quruculuğu işlərinətöhfələr verməyə sövq edirdi. Lakin bir tərəfdən, ölkədə hökm sürən müharibə şəraiti və digər tərəfdən,yaranmaqda olan yeni iqtisadi münasibətlərçərçivəsində maddi vəsait çatışmazlığı millimətbuatımızın sərbəst inkişafını mümkünsüz edirdi. Cari istehsal fəaliyyəti üçün mətbu orqanlarının dövlətqurumlarına yaranmış külli miqdarda borcları çoxsaylıqəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısındaqoymuşdu. Ən çətin zamanlarda milli mətbuatımızaxüsusi təəssübkeşliklə yanaşan Heydər Əliyev o zamanda milli mətbuata dövlət qayğısının unikal nümunəsiniyaratdı. Dövlət başçısının bu borcların silinməsihaqqında sərəncamı mətbu orqanlarına öz fəaliyyətinidavam etdirmək üçün yeni və daha geniş fürsətləryaratdı.
Bu günkü dövrümüzdə isə Prezident İlham Əliyevinmətbuata münasibətdə sərgilədiyi səmimi dostluqmünasibətləri milli mətbuatı və mətbuatnümayəndələrini dövlətçilik mənafeyi naminəümummilli maraqlar ətrafında birləşməyə, xalqınmənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bugün Azərbaycan söz və fikir azadlığının tam bərqərarolduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanınamaneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75%-nin internet istifadəçisi olduğu bircəmiyyətdə yeni texnologiyalara əsaslanan elektronkütləvi informasiya vasitələrinin inkişafı mətbuatındaha çevik, daha operativ fəaliyyət göstərməsi üçünideal şəraiti təmin edir.
Bu gün Azərbaycanda dövlət-mətbuat-cəmiyyətüçbucağının elə bir konstruktiv konfiqurasiyasıformalaşmışdır ki, bu qarşılıqlı münasibətlərsistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və millimaraqlarının müdafiə edilməsi bütün tərəflər üçünprioritet hesab olunur. Mövcud münasibətlər sistemihər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrində qarşılıqlı etimadı özündəehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalqarasında hökm sürən vəhdət isə öz növbəsindəAzərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin doğurduğu bu vəhdətin dahada möhkəmlənməsində milli mətbuatımızın roluhəlledicidir.
Son 10 ildə KİV təmsilçilərinin həyat və yaradıcılıqimkanları ilə yanaşı peşəkarlıq səviyyəsinin dəartdığını görməmək və qeyd etməmək olmaz. Bugünkü müasir jurnalist cəmiyyətin ən fəal, ən mübarizvə ən vətənpərvər nümayəndəsidir. Bu gün milliyazarlarımızın yaradıcılığı, onların ölkə və dünyahadislərinə baxışı, çevik və obyektiv münasibəti yalnızmilli mətbuatımızda deyil, beynəlxalq mətbuatda daözünə yer almaqdadır. Xarici ölkələrdə, xarici dillərdədərc olunan dərgilərdə jurnalistlərimizin imzasımillətimizin imzasıdır. Bu imzaların sayı nə qədərartırsa, millətimiz də bir o qədər böyüyür. 1990-2000-ci illər arasında jurnalist fəaliyyətinin nə yolla olur-olsun öz maddi ehtiyaclarını ödəmək və ya özününsubyektiv siyasi iddialarını qabartmaq vasitəsindən sonillərdə dövlət və cəmiyyət üçün faydalı olmaq uğrundaintelektual rəqabət meydanına daxil olmasına doğrusürətli keçidi bu nəcib və məsuliyyətli peşəyə olanmarağı və bu peşə sahiblərinin nüfuzunu əhəmiyyətlidərəcədə yüksəldə bilib. Bu gün Azərbaycanjurnalistikasını təmsil edən gənclər daha savadlı, dahaməntiqli, daha faydalı yaradıcılığı ilə mətbuatıcəmiyyətin güzgüsü və mənəvi qidası statusunayüksəldə bilir. Bu günkü jurnalistikamız siyasi, iqtisadi, sosial və mənəvi həyatımızın hər üzünüolduğu kimi təqdim etməyə, oxucuları hərtərəflidüşünməyə və düşündürməyə yönəldən söz və fikirplüralizmini ortaya qoymağa, sadə dillə desək, ağa ağ, qaraya qara deməyə qadir olan, dövrümüzün sürətləyeniləşən tendensiyalarını ictimai-siyasi şüuraaşılamaq gücünə sahib olan fəaliyyət növüdür. Yenidövr milli mətbuatımız və onun təmsilçiləri qarşısındayeni tələblər qoyur. Dünya qloballaşır, bu həm də o deməkdir ki, dünya kiçilir. Dünyanın istənilənguşəsində baş verən, bu və ya digər dərəcədəəhəmiyyət kəsb edən hadisələr bir an içində dünyanınhər tərəfinə yayılır. Yayılanların nə dərəcədə obyektivvə faydalı olmasından bəzən dövlətlərin və xalqlarıntaleyi asılı olur. Beləliklə, mətbuatın işi dünyanın işiolur, – desək yanılmarıq. Milli mətbuatımız da dünyamətbuatının bir parçası kimi bu sürətli hərəkətlərtrayektoriyasında öz izini açır. Bu gün belə birməsuliyyətli fəaliyyətlə məşğul olmaq üçün sadəcədəftər və qələm kifayət deyil. Sadəcə deməyə sözüolmaq da kifayət deyil. Sözünü vicdanla demək, millətin mənafeyinə və tərəqqisinə xidmət edən sözdemək, demək istədiyini xalqa məhəbbətlə, dövlətəsədaqətlə, hər bir insana sevgi ilə demək hər bir qələmsahibinin mənəvi borcuna çevrilir. Bu millimətbuatımızın yeni dövrə uyğun, xalqımızın və dövlətimizin tərəqqisi istiqamətində açılan genişperspektivlərə hədəflənmiş yeni inkişaf mərhələsidir. Bu borcun öhdəsindən layiqincə gəlmək jurnalistpeşəsini özünə həyat kredosu seçmiş insanlar üçünşərəf işidir.
Bu şərəfli işdə – vətəndaş, xalq, dövlət və dünyaqarşısında öz borcunu layiqincə yerinə yetirmək kimiməsuliyyətli missiyasında milli mətbuatımızın zəhmətkeşlərinə möhtəşəm uğurlar arzulayıram!
Hörmət və ehtiramla:
Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru
22 iyul 2026-cı il





















