“Amma biz evi bir gündə tikə bilmərik” — De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi sabah AÇ-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edir.

“Qafqazinfo” xəbər verir ki, o, suallara cavab verib:

– Bakıda Estoniya yığması ilk hissədə daha yaxşı oynamışdı. Sabah necə oynayacaqsız?

– Düzdür, Bakıda ilk hissəni pis oynamışdıq, amma ikinci hissədə daha yaxşı idik. Həmin matçda ləng idik və bilmirəm bu niyə belə oldu. Bu il 13 oyun keçirmişik. 6 qələbə qazanmışıq, 5 məğlubiyyətimiz var. Seçmə mərhələnin startı bizim üçün çox pis alınmışdı. Avstriya və İsveçə böyük hesabla uduzmuşduq. Amma sonrakı matçlarda pis oynamadıq.

– Estoniyada da hər kəs bu matça 3 xal gözü ilə baxır, siz də qələbə qazanmaq istəyirik deyirsiz…

– Heç bir məşqçi oyundan öncə deməz ki, biz uduzmaq istəyirik. Sabah ağıllı oynamaq istəyirik. Problem budur ki, top bizdə olsa da, qol vura bilmirik. Bunu həll etməliyik.

– Müdafiə xəttimizdə daha çox problem var, nəinki hücumda. Bəhlul Mustafazadə, Bədavi Hüseynov kimi oyunçular zədəlidir. Ramil Şeydayev, Renat Dadaşov, Musa Qurbanlı və Mahir Emreli kimi forvardlarımız formadadır. Onların hamısını eyni anda meydanda görə bilərik?

– Bizim komandada ən çox qol vuran oyunçu Emin Mahmudovdur. O, 10 dəfə fərqlənib. Ramil Şeydayev 5 dəfə fərqlənib. Saydığınız oyunçular hamısı bizim üçün vacib futbolçulardır. Hücumameyilli oyunçular çoxdur və hamısı lazımlıdır.

– 4 oyuna 1 xalımız var. Sabah qələbə üçün son şansımız var. Qazaxıstan isə Avropa çempionatının final mərhələsinə vəsiqə üçün mübarizə aparır…

– Qazaxıstanın yer aldığı qrupdakı Danimarka və Finlandiya bizim qrupdakı komandalardan güclüdür? Azarkeşlər Albaniya yığmasındakı uğurunuza görə sizdən daha çox şey gözləyir…

– Sualınızın ilk hissəsinə sabah cavab verəcəm. Kim kimdən güclüdürsə, sabah meydan göstərəcək. Əgər biz qrupdan möcüzə gözləyiriksə, rəqiblərimizə baxmalıyıq. Onların heyətindəki futbolçuları görməliyik. – 3 ilə ortada nəticə yoxdur. Bundan sonra nə qədər zaman lazımdır?

– Azərbaycan çempionatından nə qədər çox oyunçu çağıra bilərik?

– Məsələn, Emil Səfərov var “Qəbələ”də, onu izləyirik. Digər oyunçulara baxırıq. Azərbaycan çempionatı diqqətimizdədir. Bütün oyunlarda olmağa çalışırıq. Amma biz evi bir gündə tikə bilmərik. Bunun üçün zaman lazımdır.

– Maksim Medvedev deyib ki, milliyə dəvət alsam, qayıdaram. Niyə Höccət Haqverdidən daha çox azərbaycanlı olan Maksim yığmaya çağırılmır?

– Bu gün Bədavi və Bəhlul zədəlidir. Əlimizdə olan futbolçulardan istifadə edəcəyik. Əgər hansısa oyuçu yığmağa çağırılmırsa, deməli səbəbi var.

– Azərbaycan yığması uzun müddət sonra Tofiq Bəhramov adına Respublika Stadionunda meydana çıxacaq. Bu sizin üçün nəyi dəyişir?

– Mənim üçün heç nə dəyişmir. Böyük stadionunlarda oynamağa öyrəşmişəm. Tofiq Bəhramov adına arena vacin stadiondur, “Qarabağ” burada uğurlar qazanıb. Amma hər kəs stimulu içində tapmalıdır. Orada azarkeşlər bizə daha çox dəstək olsa, 12 nəfər olsaq, uğur qazanacağıq.


Share: