Amin, cənab Prezident!

Hüsəma bin SƏRXAN

Koronavirusa münasibətimiz işğal altındakı Qarabağa və Qarabağ ərazisində baş verən erməni hoqqalarına münasibətlə o qədər identikdir ki, ən xırda nüansı yaxud detalı belə ayırıb, yaman günə saxlamaq imkanımız yox.

Gəlin etiraf edək ki, COVİD-19-u siyasi oyun hesab edən müasir azəri qövmü, ermənini də canlı meyid hesab edərək, virtual dünyada qəhrəmanlıq xarüqələri yaradır. Kimisi baldırını, kimisi dalını-qabağını, kimisi olmayan
şərəfini… kimisi nə bilim nəyini nəmnə hesab edib, zoopark qorillası kimi atılıb-düşür, genetik xislətindən qaynaqlanan “maya”sını “xaya”sına qurban verir.
Amma o qorillalar bir seyi unudurlar: banan olmayacağı öz yerində, hayların sosial şəbəkələrdəki şəkliylə vuruşmaq başqa, döyüş və siyasət meydanındakı canlı erməniylə döyüşmək başqa. Şəkillər sonu şəhidlik və qaziliyə səbəb ola biləcək cavab qaytara bilmirlər axı…
Dünyanın düz vaxtı çağırışdan yayınan, Qarabağ müharibəsi başlayan kimi həm özü, həm övladları aradan “cıran” kişilərin həyatında az müddət ərzində nələr dəyişdi ki, birdən-birə vətənpərvər, türkçü, namus-qeyrət dağarcığı olub da, hətta Prezidentə “yol” göstərmək həvəsinə düşdülər?
Yaxud jımıx unundan hazırlanan çörək üçün növbədə dayanmayan, ilk arzusu və həvəsi qazandığını TİTAN GEL və sair böyüdücü vasitələrə xərcləmək olan, “vor zakonluq” və kabadayılıq həvəsi ilə alışıb yanan, manıslığı şan-şöhrət və dolanışıq mənbəyinə çevirən, ağsaqqala-qarasaqqala hörmətsizliyi məlum, ailə qurduğu qadından və ailəsindən biqeyrətcəsinə yararlanmağa çalışan müasir Azərbaycan gəncliyinin xalis səmimiyyyətini mənasız ritorikaya, yalançı pafosa yönləndirən eybəcərliklər hardan və nədən qaynaqlanır?
Nədən anlamaq istəmirik ki, Azərbaycan adlı gözəl məmləkətimizdə Dövlət Başçımız qədər vətənpərvər, xalqa sadiq, vitse-prezident Mehriban xanım Əliyeva qədər xeyirxah və mərhəmətli üçüncü İnsan yoxdur. (Əslində var, amma kimlərsə bunu taleyin “ironiyası” hesab edib sevinə də, kədərlənə də bilər. Çünki üçüncü də bu ailənin böyük övladı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.) Onlardan sonrakılar-Baş Nazir və nazirləri, deputatlar, müxalifət və liderləri bəsit təfərrüatlardı. Bəyəm bunu anlamaqçün hökmən Platon, Freyd, Eynşteyin, Paşinyan olmaq lazımdı? Ailəsin və övladların idarə edə bilməyənlər, valideynini bəyənməyənlər, haram yeyənlər, hər cür xain və satqınlar vətənpərvər və dövlətşünas “olub” nə qazanmaq istəyirlər? Nə gözəl Azərbaycan!
Fəqət “əsillər” susurlar; Dövlət Başçısının sərəncam və tapşırıqlarını gözləyirlər. Söz yox ki, zaman gözləmir. Zaman satqın və xəyanətkarların xeyrinə işləyir. COVİD-19 adlı qlobal düşmənin yaratdığı problemlərlərdən yararlanmağa çalışan daxili və xarici düşmənlər təxribat “atın” minərək sağa-sola çapır, sıravi ölkə vətəndaşlarının hər gün ağırlaşan sosial-psixoloji durumunu yönləndirməyə çalışırlar. Bir çox məzlum və imkansızlar belə keçmiş “boz kordinal”ın yaratdığı keçmişdə qalmış rüşvət və korrupsiya rejiminin şirin xəyyalları ilə yaşayırlar. Bəlkə də qaytardılar deyə. Lakin bir şeyi unutmamaq, boş qafalara soxmaqda fayda vardır ki, heç kim və heç nə əvvəlki tutuşunda və halında olmayacaq. Çünki Dövlət Başçısı və ən yaxın silahdaşı Mehriban xanım Əliyeva bütün əzəmət və qətiyyətli davranışları ilə gecə-gündüz iş başındadırlar. Və ən əsası, Cavid Qurbanov, Rövnəq Abdullayev, Ramin Bayramlı, Ramiz Mehdiyev, vurulan-vurulmayan onlarla böyük çinli dövlət məmurunun nə mal və nə MALLa sahib olduğunu yaxşı bilirlər.
Çox çəkməz Sahil Babayev, İman Kərimov kimi nazirlərin də iç üzü açılar, İNİŞALLAH! Etiraf edək ki, müasir və müstəqil Azərbaycan dövlətini idarə etmək, nəinki ABŞ-ı, hətta bütün dünyanı idarə etməkdən daha çətindir. Əgər hər birimiz vicdanımız qarşısında real hesabat verəriksə, belə olduğunu anlayarıq. Anlayarıq ki, daxilən dəyişməli, mənəviyyatımızı murdar hiss və ziddiyyətlərdən təmizləməliyik. Dəyişməli və təmizlənməliyik ona görə ki, saxta pensiya, saxta yardım, saxta hərbi bilet, saxta iş yeri, saxta diplom, saxta müəllimlik, saxta polislik, saxta həkimlik, saxta sahibkarlıq, saxta şairlik və sair kimi iyrəncliklərin arxasında, onlarla haqqı-hüququ tapdanan məzlum, yoxsul, köməksiz insan taleyinin sifətimizə anqıran səsi dayanır. Çünki məmuru pis yola sürükləyən də, rüşvətə alışdıran da özümüzük.
Tək yolumuz var: Dövlət Başçımızın fəaliyytindən nəticə çıxarıb, dəyişmək, dəyişmək, dəyişmək… Çoxmu çətindir? İlk “amin” məndən. Hansı daha şərəflidir: “düşmən dəyirmanına su daşıyan” dalı yox vedrə olmaqmı, yoxsa Prezidentimizin çağırış və tapşırıqlarına “amin” deməkmi?! Zaman “amin” zamanıdır, MİLLƏT! Gələcəyimizi bədirləyəcək “amin”ə və “aminlərə” ehtiyacımız var. Amin! Amin! Amin!
 
 
Share: