Amerikalı konkisürən qadın idmançıların insanı çaşbaş salan intim geyimləri…

Olimpiadalar hər zaman maraqlı və qalmaqallı hadisələrlə zəngin olur.
Müstəqil.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  amerikalı konkisürən qadın idmançıların  formaları  hələ də diqqət mərkəzindədir, hələ də müzakirə mövzusudur. Belə ki, idmançı qızların formalarında ayaqlarının arasını, intim yerlərinə yaxın hissəyə ağ boz çalarlar verməklə elə bir mənzərə ortaya qoyublar ki, sanki lütdürlər.
 
Formanın dizaynerlərinin məqsədinin konkret nə olduğu məlum olmasa da, məsələni müzakirə edənlər bununla hakimlərin diqqətini yayındırmağı qəsd etdiklərini düşünürlər.
Xatırladaq ki, vaxtilə kolumbiyalı velisopedçi qızlar komandasının üzvlərinin formalarını da  elə rənglərlə dizayn etmişdilər ki, sanki qızlar çılpaqdır.

Share: