Almaniyada Polis bölməsinin qarşısında Ərdoğanın heykəli inşa edildi – MARAQLI

Almaniyada polis bölməsinin qarşısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 metr hündürlüyündə heykəli ucaldılıb.
Müstəqil.Az Moderator.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki “Alman ittifaqı” adlı meydanda inşa edilən heykəl yerli xalq qədər Alman polis işçilərini də təəccübləndirir.
Heykəldən xəbərdar olanlar meydana gələrək foto və video çəkərək sosial mediada bölüşürlər. Polis bölməsinin qarşısında heykələ heyrətlə baxan polis məmurları diqqət çəkir. Polislərin bəziləri də heykəl ilə xatirə şəkli çəkdirirlər.

Share: