Almaniya Kiyevə hərbi texnikanın növbəti partiyasını çatdırıb

Almaniya bir həftə ərzində Ukraynaya 18 zirehli transportyor, artilleriya mərmisi, eləcə də onlarla kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı (PUA) çatdırıb.

xəbər verir ki, bu məlumatlar Almaniya hökumətinin dərc etdiyi yenilənmiş silah siyahısında əks olunub.

Söhbət 18 zirehli transportyor, 4 minə yaxın 155 mm çaplı artilleriya mərmisi, 3 Wisent 1 zirehli minatəmizləmə maşını, bir mühəndis tankı, 9 mina trolu, 58 kəşfiyyat PUA-sı, 4 patrul maşını, 500 LED işığı və telekommunikasiya avadanlıqlarından gedir.

Share: