Alimlər cəsədin ilyarım ərzində parçalanma prosesini kameraya çəkiblər.
BAKU.WS “Vesti Medisina” portalına istinadən xəbər verir ki, Avstraliyanın Tafonomik Eksperimental Tədqiqatlar Mərkəzi (Australian Facility For Taphonomic Experimental Research) cəsədin parçalanma prosesini 17 ay ərzində qeydə alıb.
Görüntülər nəinki sadə insanları, alimləri belə şoka sala bilər; ölmüş insan bütün bu vaxt ərzində hərəkət edib. Bəli, doğru anladınız, sözügedən görüntülərdə cəsədin aylar ərzində davamlı şəkildə hərəkət etdiyi məlum olub.
Hər kəsi şoka salan sözügedən görüntüləri təqdim edirik:
Müstəqil.Az